LEYLA IŞIK – Türkiyəli şair-yazarın Azrəbaycan türkcəsinə uyğunlaşdırdığım əsərləri. / By Terane Turan Rehimli

 

leyla isiç

LEYLA IŞIK – Türkiyəli şair-yazarın Azrəbaycan türkcəsinə uyğunlaşdırdığım əsərləri.

 

By Terane Turan Rehimli

 

 

 

QUYU

(Anam və bütün analar üçün)

 

Tənhalıq dibsiz bir quyu,

Baxarsan, baxarsan içinə, ta dərinliklərinə,

Bir işıq görmək üçün.

Alışsa da gözlərin qaranlığına

Bir zərrə işıq görməzsən acığına.

Balaca bir qızkən nə vaxt incisəm, nə vaxt kədərlənsəm qaçardım Mustafa əminin quyusuna. Haçansa bir gün məni içinə çəkəcək kimi gələrdi geniş ağzıyla, əgər əncir ağacının budaqlarına uzansam.

Acı-acı inlərdi yağsız cəhrə, bir vedrə suyu gün işığına çıxaranadək. Həm qorxar, həm dartardım qaranlığın içindən. Vedrənin səsini-nəfəsinin eşidə-eşidə, göz yaşlarını görə-görə. Gün işığına çıxarkən necə də parıldayırdı vedrə. Yaprıxmış gövdəsindən gümüşlərmi saçılırdı qaranlığın ortasına… Yanğı ilə.

Kəndir sarıldıqca cəhrənin belinə, qalınlaşdıqca beli, qollarım sanki boşalardı. Üstəlik doluysa içi. Buraxa bilməzdim cəhrənin mənə uzanan əlini. Bir əlimlə var gücümlə əlindən yapışıb digər əlimlə uzanırdım kəndirə. Vedrənin quyunun qırağına çəkib boşaldardım kəndiri. Qəribə bir həyəcan sarardı bədənimi, qəribə bir qorxu.

Ya birdən kəndir məni dolayarsa dilinə…

Çəkərsə quyunun dərinliklərinə…

Vedrə kimi başımı vura-vura divarlara, dibində düşüb qalmış vedrələrlə birlikdə ümidsizcə gözləyərdim gün işıına qovuşmağı.

Dəyərmiydi? Bilmirəm bir ovuc su üçün.

Deşilmiş, parçalanmış bədənindən göz yaşlarını axıdırdı qoca vedrə quyuya. Geri qayıtmaq istəyirmiş kimi.

Halbuki nə qədər çətin idi.

Mən də yenidən vedrəni sallardım quyunun dərinliklərinə.

Sürətlə çəkərdi əlini əlimdən kəndir, qışqıra-qışqıra.

“Boş yerəmiydi bunca zəhmət?” deyirmiş kimi əsəbiliklə çırpırdı gövdəsini qaranlığa, daşlara vura-vura. İnsaflı kəndir bir də geri dolayardı əsəbiliklə, bəlkə də vedrə peşmandır deyə… Sonra hirsi soyuyardı, hər şey yerində durardı, vedrə quyunun dibində. Maraq, bax, budur! Dayayıb qulağımı torpağın ürəyinə, dikərdim gözlərimi qaranlığın içinə. Birdən bir işıq doğardı. Göy üzündəki günəş quyunun içində. Parıldayardı axan su, səsini dinləyərdim. Nələr söylərdi mənə, nələr… Rəngarəng ulduzlar yüksəlirdi kəndiri tutub saladıqca. Quyudan itirdiklərimi tapacaqmışım kimi baxardım içinə.

Qulaqlarımda anamın səsi əks-səda verərdi: “Bəsdi sizdən çəkdiklərim., gedirəm özümü quyuya atam” Quyu anamı istərdimi? Göz yaşlarım quyuya damcıladıqca içim rahatlanardı. Sanki mənim göz yaşımla dolub daşacaqdı, beləcə anamı içinə çəkməyəcəkdi. Başqa uşaqlar kimi daşlamazdım quyunu, hirsləndirməmək üçün. Hey danışıardım, danışardı, hey düşünürdüm, düşünürdü. Eyni şeyləri söylərdik bir-birimizə. Bəllidir ki, dərdlərimiz eyniydi. Anamı niyə alsın ki? Mən sevirdim quyunu. Qaranlıq, dərin, soyuq olsa da. Mən içinə baxdıqca o aydınlanırdı. Daş divarları, divardakı yaşıl mamırları, həyatdan ayrı düşmüş vedrələri görürdüm. Ən önəmlisi, günəşi belə… Günəş belə quyudan doğur, yüksəlirdi. Hələ suyunun nəğmələri? Heç doymadığım nəğmələr, laylalar… Mən quyunu sevirdim, o da məni.

Xəyallarımı verirdim anamı almasın deyə. Nə gözəl xəyallardı onlar. Xəyallarımı verdim, gülüşlərimi verdim, daş atmadım quyuya. Kəndirinə əl verdim, incitmədim. O da anamı istəmədi. Hər şeyimi verdim illər boyunca… Hey verdim almasın deyə sevdiklərimi.

İndi tənhayam, lap tənha.,

ümidsiz, eşqsiz, sevgisiz demirəm,

hələ sevgi ilə dolu ürəyim.

Niyə danışmırsan axı mənimlə?

Divarlarındakı daşlar soyuq və səssiz.

Artıq eşidə bilmirəm suyunun nəğmələrini, rəngarəng ulduzlar yüksəlmir dərinliklərindən.

Göy üzü günəşli, qapqaranlıqsan.

Göz yaşlarım damladıqca dolub daşmırsan daha.

İllər keçdi, eləmi?

Artıq mən, balaca bir qız deyiləm…

 

LEYLA İŞIQ

 

 

 

EŞİTDİM Kİ

 

Eşitdim ki, gəlirmişsən ömrümün dayanacağa çatdığı anında. Sevinclərimdə boğuldu göz yaşlarım. Yağışlarla bir ağladım. Qucaqlayıram dövranda əsrarəngiz nə varsa.. Ürəyim yıxılır qu tükü yumşaqlığında ürəyinə, incitməmək adıyla…

 

İndi mən hazırlaşmalıyam sıyrılıb kədərin dustaqlığından sıyrılıb, saçlarımı dağıtmalıyam. Bədənimdə bahar qoxusu, üzümdə güllərdən aldığım gülüşlərlə, həsrətin yanğınındaı baxışlarımla, sənsiz keçmək bilməyən zamanı anlatmalıyam. Sən sadəcə sus və dinlə. Anladacaqlarını iki ürəyin həsrəti haqqında… Gecənin quyusuna uzanan sapla kövrək ağrıları necə susdurduğumu, zamanı çəkib üstünə ümidlə məlhəm etdiyimi …

Eşitdim ki, gəlirmişsən…. Nə gözəl! Xəyal etməyəcəyəm artıq səni, əsmər gecələrdə uzanıb boy-buxununa, gözlərini dikməyəcək daha tavan gözlərimə, üstümə gəlməyəcək divarlar, sorğu-sualsız ittiham etməyəcəklər məni. Küləklərin oynatdığı pərdəni qısqanmayacağam. Gün sübh tezdən süzüləcək pəncərəmdən, gülləri açılacaq pərdəmin yenidən, ovuclarına töküləcək sən qoxulu güllər. Yuyunub təmizlənəcəyəm sənsizlikdən, qurulanacağam xoşbəxtliklə, vüsalla.

Eşitdim ki, gəlirmişsən…. Sevindim. İndiki vaxtda ayaq səslərin gələcək demədilər. Xoşbəxtlikdən bir öpüş qondurdum gecənin dodaqlarına. Gəl sən qayğılanma! Unudub hər şeyi gömdüm ağrılarıma. Andlarımıa barışıb suallarıma cavab axtarmayacağam. Zamanı qıracağam təzədən, divarlara rəsmini çəkəcəyəm kirpiklərumlə. Daş basacağam sənsiz qalan tərəfimə. Üzünü çevirəcək toz basmış güzgü. Güzgüdə görəcəyəm təzədən bizi, qərənfil saflığında.

 

LEYLA İŞIQ,,

02.10.2011. İzmir, Sənin olmadığın saat

 

 

Terane

By Terane Turan Rehimli

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s