Teys: “ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə son vermək üçün böyük potensialı var” / Leyla Məhərrəmova /AZADİNFORM

 

peter_tase_170315

Teys: “ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə son vermək üçün böyük potensialı var”

 

Leyla Məhərrəmova /AZADİNFORM.

 

“Azərbaycan və ABŞ-ı bir araya gətirən bir çox regional və energetika təşəbbüsləri olsa da, təəssüf ki, Con Kerri 2013-cü ilin fevralından – ABŞ Dövlət Katibi kimi and içəndən bəri Bakıya heç bir rəsmi səfər etməyib”.

Bu fikri Azadinform-a açıqlamasında amerikalı siyasi ekspert Piter Teys Vaşinqtonda keçirilən Nüvə Sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə ABŞ Dövlət Katibinin görüşünü şərh edərkən deyib. O qeyd edib ki, Kerrinin Azərbaycana 2016-cı ildə potensial səfəri ikitərəfli tərəfdaşlığı gücləndirə və Moskvaya aydın mesaj verə bilər ki, Azərbaycan və qeyri-sabit Qafqaz regionunun ABŞ-ın xarici siyasətində xüsusi əhəmiyyəti var: “ABŞ Azərbaycanla uzunmüddətli strateji maraqları bölüşür, xüsusilə terrorizm və təşkil edilmiş cinayətlə mübarizədə bunu qeyd etmək olar. Eyni zamanda iki ölkə arasında ticarət və kommersiya sahəsində əməkdaşlığı inkişaf etdirmək və Azad Ticarət Razılaşmasını reallaşdırmaq potensialı var”.

Teys bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Prezident İlham Əliyevlə baş katib Con Kerrinin görüşü münaqişənin nizamlanması prosesinə heç bir irəliləyiş gətirmədi: “Kerri bu məsələ ilə bağlı jurnalistlərin qarşısında yayğın bəyanat verdi. Hesab edirəm ki, münaqişə Kerri və Azərbaycan Prezidenti arasında böyük ölçüdə müzakirə edilməli idi. Vaşinqtonun işğal edilmiş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmaq üçün Yerevana bütün enerjisi ilə təzyiq etməməsi həvəsdən salıcıdır”.

Ekpert bildirib ki, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması regionda sülh və təhlükəsizliyin zəmanəti ola bilər. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı status-kvo və Azərbaycan ərazilərində davam edən erməni işğalı dərhal sona çatmalıdır: “ABŞ-ın bu münaqişəyə son vermək üçün böyük potensialı var, həmçinin ABŞ Azərbaycan hakimiyyətinə məcburi köçkünlərin iqtisadi və sosial çətinliklərini necə həll etməkdə kömək edə bilər”.

Teys vurğulayıb ki, Prezident İlham Əliyevin nüvə sammitində iştirak etməsi tarixidir: “O konfransda təmsil edilən 56 dövlət başçısı və beynəlxalq təşkilat nümayəndələrindən biridir”.

Amerikalı ekspert son da onu da bildirib ki, Obama ABŞ senator kimi fəaliyyət göstərdiyi ilk gündən bu vaxta qədər Nüvə Sammiti xüsusi prioritetlər əldə edib: “Ötən 7 il ərzində Ağ Ev dünyanın nüvə təhlükəsinin azaldılmasına istiqamətlənən xarici siyasət  üzərində işləyir. Dünyanın Nüvə Təhlükəsizliyinə ünvanlanan sammitin keçirilməsi Obama üçün həqiqi uğurdur, baxmayaraq ki, onun administrasiyası Dağlıq Qarabağ məsələsində, Yəməndəki vətəndaş müharibəsində və Şimali Afrikanın bir çox dövlətlərinə sülh gətirilməsinə müvəffəqiyyətsizliyə düçar olub”.

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s