Alicia Minjarez Ramírez
UZAQDAKI HAVA
Hər parıltının uzaq və sərt bir havası var,
Tozlu sahil küləyinin
Maraqsız ön yozumları,
Uzaq sahillərin şəffaf səması ¬
Etibarsız sözlər!
Şirinlik istəyirəm,
Xatirələrə yol açan,
Nostalji duyğuları yumşaldan.
Bu anın sərxoşluğuyla
Mübarizə vaxtı deyil
cəsarətli, şücaətli ruh ilə.
Hər səs – sehrli əyləncə,
Keçid işığının bizi tələsdirən
yolu, haləsi belə.
Hər parıltının uzaq və sərt bir havası var,
Anlayıram ki, bu an – mövcud olmayan
bir sual,
Acılar zehnimizə yazılmış yara kimi
əziyyət çəkib gedər.
Sənin sorğularının, yoxluğunun tam zövqü,
Əks olunub daxilimdə, üzümdə.
Yer üzündə cənnətin, cəhənnəmin tərifi
Mənim ünsiyyətimdə.
Hər parıltının uzaq və sərt bir havası var,
Yaşamağı öyrənirəm
Gizli arzuların budaqlarında,
İsti rəng tonlarının sətirlərində.
Qorxunc yelbeyinlik üzündən
Xolerik hava, müvəqqəti göz yaşları,
Mənim köklərimi yandırsın hələ.
Müstəsna bir pıçıltı
Doğulduğu vücudun boşluğun elan edib
Çoxdan gedib tənhalığa.
Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimli