GÜLAYLİYİRİN EYVAZIN ŞEİRLƏRİ—

GÜLAYLİYİRİN EYVAZIN ŞEİRLƏRİ—

 

YAR ETMİŞƏM ÖZÜMƏ

Boş ürəklə necə gedim-
Nəyim var ona yüklədim,
Yorub bu bir parça əti,
Zor etmişəm özümə.

Dilimin şəhdini dadıb,
Ruhumu şerimə qatıb,
Sirlə dolu söz yaradıb
Yar etmişəm özümə.

Yüz tilsimin, sehrin babı
Təsvir etdim çox əzabı,
Ömür adlı bir kitabı,
Var etmişəm özümə.

Məni dərdlər yoğuranda,
Bir az sevinc qala canda,
Şeir yüklü asimanda,
Yer etmişəm özümə.

Xəyallara uya-uya,
Ağrıları duya-duya,
Şair Eyvaz adlı dünya
Yaratmışam özümə.

 

AŞİQƏM

Ürəkləri söz-söhbətlə dopdolu,
Danışmağı bacarana aşiqəm.
Yerişini, duruşunu qoruyub,
Həştad, yüzü aşırana aşiqəm.

Göy tağında boyunbağı yeddidir,
Göy qatına od dağımdan köz ötür,
Dünya böyük, sularında iz itir,
Gözü mənsiz yaşarana aşiqəm.

Dərbənddəydim… bir gimgədə dayandım,
Ana dilin işığına boyandım,
Neçə dildə- bir Mehmanı* bəyəndim,-
Təbi coşub-daşırana aşiqəm.

Yaman daldım gözəlliyin dadına,
Uzaq gedər minən eşqin atına.
Qucaq açıb, məni salan yadına
Öz elimlə güzərana aşiqəm.

*Mehman Saruxanov- Qusarın Vurvar kəndindəndir. Dərbənddə yaşayır, bir neçə dildə yüzlərlə şeiri əzbər deyə bilir.

 

Çarxi* düşüncələrim

Qartal kimi fəth elədim,
Sərasər onu,-
Gördüm Çarxi bir aləmdir,
Cənnətdir qoynu.

Salam verdim torpağıma,
Əlim döşümdə.
Ana yurdun səcdəsinə
Endim hər dəfə.

Bəxtəvərmiş qüney dərə
Bu xoş libasda.
Qu quşunun nəğməsinə
Daldım bir az da.

Sərilibdir gül-çiçəyi
Bir xalı kimi.
Qanad açdım bu yerlərdə
Havalı kimi.

Lap dəryanın ortasından
Doğdu Gunəş də.
Duyğularım nurlandı ha-
Zərrin atəşdə.

Başladı yaz nağılını
Quşların xoru.
Xoşdur nəfəs toxunmamış
Gülün qüruru.

Göy çəməni əydi mənim
Səmtimə, külək.
Dedi, şair, aç dəftəri-
Vəsfini görək.

…Sudan duru şeh damlası
Məni islatdı.
Dərə çiçək yağmuruna
Məni də qatdı.

Yarpaqları çətir kimi
Günəşə tutdum.
Burda şair olduğumu
Tamam unutdum.

Gözəlliyə heyran qalıb
Bu erkən yazda-
Darıxmıram Çpirimdə
Mən lap bir az da.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s