YAĞIŞ OLUB YAĞSAM ÜSTÜNƏ, TÜRKİYƏM… / Təranə Turan Rəhimli

 
Təranə Turan Rəhimli
 
 
YAĞIŞ OLUB YAĞSAM ÜSTÜNƏ, TÜRKİYƏM…
 
Bulud olub ötə bilsəm ormanlarının üstündən,
Leysan töküb gecə-gündüz söndürsəm bu yanğınları.
Sənə qıyan xəbislərin gözü kor olsa tüstündən,
Fələk belə götürməsə belə namərd qırğınları…
 
Torpağının hər qarışı bu qədər müqəddəs ikən
71 yerdən bağrına vurulan yara dözülməz.
Biz burada kül oluruq sən orada od tutarkən,
Qəlbi yanan qardaşına, de, hansı qardaş üzülməz?!
 
O yanğında hər qırılan ümid nəfəsimi kəsdi,
Sənə dağ çəkən yağının biryolluq ocağı sönsün!
Yerin-göyün xəstə vaxtı meşələr yaşıl nəfəsdi,
Türkiyəmə əl uzadan, nəfəsinə qıyan ölsün!
 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s