Hayat Shami

 

YASTIQ ALTI

Bir neçə ay bundan öncə votsapıma bir mesaj gəldi: “Həyat xanım, sizə borcum var. Məni xatırladınızmı?” Nömrəni xatırladım sanki, amma ad qeyd olunmamışdı. “Salam, kimsiniz?” yazdım. “…. Evinizdə işləyən…”
“Həəəə, yadıma düşdü”. Yadıma düşdü ki, zəngin bir yaxınımın evində qalırdım. 2012-ci il idi. Hər sabah qalxıb saat 07.30-da evdən çıxıb işə gedir, axşam saat 19.30-da qayıdırdım. Evdə işləyən qadının üzünü ancaq şənbə-bazar günləri görürdüm, o da həmin günlər işə gəlsəydi…
Bir gün işdəydim, telefonuma zəng gəldi. Açdım. Həmin xanım idi. Ona 20 man. pul lazım olduğunu, borc istədiyini və kiminsə bilməsini istəmədiyini söylədi.
Axşam evə döndüyümdə o getmiş olurdu.
Səhər 50 manatı kağızın arasına büküb yastığımın altına qoydum və adətim üzrə evdən çıxıb işə yollandım. Yolda qadına zəng etdim ki, yastığımın üzünü söküb maşına atsın. O, anladı nə dediyimi.
Sonra ara-sıra yastıq altına bir şeylər qoyub gedərdim. O da hər dəfəsində dualar yağdırırdı – “Allah səni darda qoymasın. Allah min qat əvəzini versin” vs…
Üstündən 13 il keçib. 2 gün öncə həmin xanım yenə yazdı. Bu dəfə o günlərin xatirələrini yazırdı: “Əlim dara düşəndə əlimi yastığınızın altına salırdım” yazmışdı… “Əlini daşın altına qoyan, qazanar” yazdım mən də. “Orda tapdığım ümidlər məni həyata bağlayırdı. Adınız kimi… Yeri gəldikcə, yastığının altını yadıma salır, hər kəsə deyirəm” dedi…
İndi durumu yaxşıymış. Amma o günləri unutmadığını söylədi.
Sağ əlin verdiyini sol əl bilməməlidir. Mən də bilməməyə, unutmağa çalışsam da, o qadın unutdurmadı… Halal olsun!

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

ATUNIS GALAXY POETRY

atunisgalaktika@gmail.com

https://atunis.albanianforum.net/

Blog Stats

2,304,248 hits

August 2025
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
25262728293031

CATEGORIES LIST

BOARD OF DIRECTORS

  • Agron Shele (Albania -Belgium)
    Hasije Selishta – Kryeziu (Kosovo)
    Peter Tase (USA)
    Prof. Dr. Jeton Kelmendi (Albania- Belgium)
    Anna Keiko (China)
    Raimonda Moisiu IWA (Albania -USA)
    Dimitris P. Kraniotis (Greece)
    Sunita Paul (India)
    Isilda Nunes (Portugal)
    Dr. Claudia Piccinno (Italy)
    Susana Roberts (Argentina)
    Pavol Janik (Slovakia)
    Leda García Pérez (Costa Rica)
    Alisa Velaj (Albania)
    Dr. Jernail Singh Anand (India)
    Eden Soriano Trinidad (Philippine)
    Shoshana Vegh (Israel)
    NilavroNill Shoovro (India)
    Gunsel Djemal (UK)
    Võ Thị Như Mai (Vietnam – Australia)
    Luz María López (Puerto Rico)
    Sinan Vaka (Albania)
    Virginia Fernández Collado (Spain)
    Rozalia Aleksandrova (Bulgaria)
    Lumo Kolleshi ( Albania)
    Irina Hysi ( Albania)
    Rami Kamberi ( North Macedonia)
    Bilall Maliqi (Presheve)
    Milica Lilic (Serbia)

CONTACT

← Back

Thank you for your response. ✨

ARCHIVE

Terms List