İradə Dəniz

 

Gec olmadı 

Qəlbi qırıq buraxıb da, üzə gülən saxtaları,
Yalan dolu vədləriylə ömür çalan o yadları,
Bir-bir atdım həyatımdan, daha dərdim qalmadı heç,
Həqiqəti görmək üçün nə yaxşı ki, olmadı gec.

Zaman ötdü, duman getdi, aydınlandı yolum mənim,
Sınmadı heç vaxt iradəm, bükülmədi qolum mənim.
Hər xəyanət bir güc verdi, polad oldu mətin sinəm,
Artıq yalnız öz səsimi, öz ruhumu dinləyirəm.

Göz yaşımı silib atdım, kədər mənə yad olubdur,
Köhnə dərdlər unudulub, ürəyim də şad olubdur.
Nə bir küskün baxışım var, nə içdə kin saxlayıram,
Mən özümə sığınmışam, öz eşqimlə çağlayıram.

Nə arxaya baxan gözüm, nə gözləyən ümidim var,
Məni mənə qaytardı bu sınaq dolu sərt ruzigar.
Köhnə izlər silinibdir, yeni səhifə açmışam,
Qaranlığı yara-yara sabahlara yol açmışam.

Xainlərin zərbəsindən mən yıxılmam, ucalaram,
Haqqın işıq yollarında öz gücümü qazanaram.
Hər qaranlıq gecənin də bir nurlu səhəri vardır,
Ədaləti sevən Rəbbim hər an o mənə dayaqdır.

İndi başım daha dikdir, addımlarım daha mətin,
Qorxutmaz heç bundan belə nə bir sınaq, nə bir çətin.
Sədaqətim öz içimdə, hüzuru da özümdəyəm,
Mən yenidən doğulmuşam, ən işıqlı sözümdəyəm.

Qoy danışsın yalançılar, öz sözündə boğulsunlar,
Həqiqətin qarşısında ərilərək yox olsunlar.
Mənim ömrüm bahar kimi yenə də çiçək açacaq,
İradə Dəniz işığı qaranlığa nur saçacaq!

@İradə Dəniz

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

ATUNIS GALAXY POETRY

atunisgalaktika@gmail.com

https://atunis.albanianforum.net/

Blog Stats

2,304,036 hits

November 2026
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

CATEGORIES LIST

BOARD OF DIRECTORS

  • Agron Shele (Albania -Belgium)
    Hasije Selishta – Kryeziu (Kosovo)
    Peter Tase (USA)
    Prof. Dr. Jeton Kelmendi (Albania- Belgium)
    Anna Keiko (China)
    Raimonda Moisiu IWA (Albania -USA)
    Dimitris P. Kraniotis (Greece)
    Sunita Paul (India)
    Isilda Nunes (Portugal)
    Dr. Claudia Piccinno (Italy)
    Susana Roberts (Argentina)
    Pavol Janik (Slovakia)
    Leda García Pérez (Costa Rica)
    Alisa Velaj (Albania)
    Dr. Jernail Singh Anand (India)
    Eden Soriano Trinidad (Philippine)
    Shoshana Vegh (Israel)
    NilavroNill Shoovro (India)
    Gunsel Djemal (UK)
    Võ Thị Như Mai (Vietnam – Australia)
    Luz María López (Puerto Rico)
    Sinan Vaka (Albania)
    Virginia Fernández Collado (Spain)
    Rozalia Aleksandrova (Bulgaria)
    Lumo Kolleshi ( Albania)
    Irina Hysi ( Albania)
    Rami Kamberi ( North Macedonia)
    Bilall Maliqi (Presheve)
    Milica Lilic (Serbia)

CONTACT

← Back

Thank you for your response. ✨

ARCHIVE

Terms List