Fransisko Espinoza Azuela
 
Azərbaycanlı şair və ədəbiyyatşünas, dosent, doktor Təranə Turan Rəhimli görkəmli Meksikalı şair, 2021-ci ilin Nobel mükafatı namizədi Fransisko Azuela Espinozanın tərcümeyi-halını və şeirini Azərbaycan dilinə tərcümə edib.
 
Fransisko Espinoza Azuela meksikalı şair və yazıçıdır. Əsərləri bir çox dillərə tərcümə edilən, nüfuzlu beynəlxalq mükafatlar alan ədib zəngin bir həyat və fəaliyyət yolu keçmişdir. 1973-1983-cü illərdə Kosta Rika və Hondurasdakı Meksika səfirliyinin diplomatı olmuşdur. 1981-ci ildə İspaniyada Beynəlxalq Servantes Mükafatına Honduras Dillər və Ədəbiyyat Akademiyasının namizədi, Quanajuato Ştatının Deputatlar Palatasının Konqres Kitabxanasının direktoru (1991-1997) və Condor Andes Beynəlxalq Mədəniyyət Mərkəzinin təsisçi direktoru kimi Meksika elmi mühitində önəmli yer tutmuşdur. 2003-cü ilin may ayında o, Boliviya, La Paz, Andres Bello Beynəlxalq İnteqrasiya İnstitutunun Kompleks Sənədləşdirmə və İnformasiya Mərkəzinin (CICDI) direktoru vəzifəsinə təyin edilmişdir. 2009-cu ildə isə Boliviyadakı Simon Bolivar And Dağları Universitetinin Kitabxana və Sənədləşdirmə Mərkəzinin direktoru vəzifəsində işləyib.
Fransisko Azuela 8 mart 1948-ci ildə Meksikanın Guanajuato ştatının Leon şəhərində General Emiliano Zapata küçəsi 404 ünvanında 13 uşaqlı ailənin dördüncü övladı olaraq dünyaya gəlib. Atası Meksikanın Trinidad şəhərindəki Meksika Milli Dəmir Yolu İdarəsinin vağzal rəisi idi. Kiçik yaşlarından burada eşidib bildiyi Meksika İnqilabının bir epizodu dünyagörüşünə önəmli təsir etmişdi. Bu qatardan atılan güllənin Santa Ana Haciendanın darvazasının çəftəsini qoparıb gələcək prezident Alvaro Obreqonun qolunu itirməsi ilə bağlı hadisə idi. Azuela Trinidadda böyümüş və orada yaşadığı 17 il ərzində Quanajuato əyalətinin zəngin İnqilabi tarixinə və ruhuna qərq olmuşdur.
Azuela tanınmış sənətkar ailəsindəndir: onun böyük əmisi Mariano Azuela idi, Meksika İnqilabının ən məşhur romanlarından biri olan Los de abajonun (The Underdogs) müəllifiydi. Anası Maria Esperanza de los Dolores Espinosa Hernandez yazıçı və aktrisa olmuş, bir sıra ənənəvi romanların, o cümlədən məşhur “Böyük sevgi hekayəsi”nin ( Historia de un Gran Amor) müəllifi kimi şöhrətlənmişdir. Atası Rikardo Azuela Martin del Kampo tanınmış şair idi.
Atasının ona bədii qiraəti oxumaq vərdişini öyrətdiyi kiçik yaşlarından yadında qalan ən önəmli xatirələr bunlardır: şəhərin küçələrindən keçərkən buxarlı buludlar saçan köhnə lokomotivlərin naməlum kainatını kəşf etmək; sonralar onun poetik təxəyyülünü formalaşdıran Mayya mifologiyası və əfsanələri ilə erkən tanışlıq. Tərk edilmiş xarabalıqlarda və qəbiristanlıqlarda yaşayan kiçik fantastik varlıqlar olan Mayya Aluksları və qədim Mayyaların müqəddəs kitabı olan Çilam Balamın hekayələri isə xüsusilə yaddaqalan olmuşdu.
Azuela ilk bədii düşüncələrini gənc yaşlarından şeirlə ifadə etməyə başlayıb. Özü də şair olan atası onu rus ədəbiyyatının böyük yazıçıları və əsrləri ilə, eləcə də Puşkinin “Ruslan və Lyudmila” poeması ilə tanış edib. Yaddaşında silinməz iz qoyan başqa bir kitab isə “Nezahualcoyotl” kimi tanınan Teskokanın əfsanəvi müdrik kralı və şairinin şeir və qəsidələri idi. Nayatl dilində yazılmış Aztek dünyasının ədəbiyyatı onu ilk vaxtlardan gözəl metaforaları və poetik ifadə gücü ilə heyran etmiş, eyni zamanda Meksikanın geniş və rəngarəng coğrafiyası haqqında zəngin təsəvvür yaratmışdır. Bunlar Tenoçtitlan, Meksika Vadisi, Anahuak Vadisi, neovolkanik dağları və yüksəkliklərilə dərin təəssürat yaradan Tulanın əfsanəvi Atlantları, Meksikanın ən yüksək vulkanları və kordilyeraları, Kolumbdan əvvəlki Meksika sivilizasiyaları, olmeklər, mayyalar, zapoteklər, çiçimeklər və mişteklər haqqında dərin məlumatlar idi.
Həmin formalaşma illərində Azuela klassik ədəbiyyatı, eləcə də müxtəlif yerlərdən və fərqli millətlərdən olan müasir şairləri və nasirləri, o cümlədən ictimai və siyasi baxışı ilə bir-birindən seçilən yazıçı və şairləri oxuyurdu. O, başa düşürdü ki, şairlər və yazıçıların öz həyatlarında, dövrlərində şahidlik etdikləri ictimai şüurun əvəzsiz mənbəyidir.
Azuela 20 yaşında ikən atası vəfat etsə də, bu itki onun – ilk ustadı olan atasının gənc şairin yeni yaranmaqda olan ədəbi karyerasına təsirini azaltmadı. Azuela poeziyasında tənhalıq, məhəbbət, təbiət, həyat, ölüm, millətçilik ruhu, müharibə, laqeydlik, ümidsizlik, çarəsizlik, tərk edilmə, laqeydlik, qorxu, iztirab mövzuları daim onun digər Latın Amerikası yazıçıları kimi fəal müraciət etdiyi mövzulardır. O, həmçinin inkaların, azteklərin və mayyaların Kolumbiyadan əvvəlki imperiyalarına ekskursiya edərək müasir dövrün insanı üçün səciyyəvi olan tənhalıq, kədər və iztirablardan yazır. Onun poeziyasında tez-tez əzilən, tərk edilmiş, istəmədən müharibələrə qatılan və Qərb dəyərlərinin təhdid etdiyi xalqların acınacaqlı vəziyyəti əks olunur.
“Yanğın qatarı (1993), “Alovlu sözlər” (1993), “Günortadan sonra saat yüz” (1996), “Xəyallarımın dəniz mələyi” (2000), “Sükut antologiyası” (2008), “And dağları kral kordilyerası”, “Tunupa və Quetzalcoatlın görüşü” (2008), ” Latın Amerikası yanğında” (kitab davam edir, 2010)
“Məşhur illüziya Pişiklər Panteonu” (2007) və digər əsərlərin müəllifidir.
 
 
***
 
Mən başqa bir məkanam,
var olmayan,
Şəlaləyəm, yüksəkliyi qalmayan.
Mən sadəcə işığam.
Bir əfsanəyəm səssiz,
torpaqsız bir cığıram.
Mənəm meşə sükutundan xəbərsiz,
Bu yolda öz içimdən
başlanan səbəblərin yolumu bitirdiyi,
Yenidən başlamağa
Gələn mənəm. Mən sevgiyəm.
Bir məkana çatıram.
Orda zaman hökmümdədir,
İstədiyim tək uçuram.
 
 
Terane
 
Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimli
 
12.11.2010

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

ATUNIS GALAXY POETRY

atunisgalaktika@gmail.com

https://atunis.albanianforum.net/

Blog Stats

2,300,798 hits

June 2022
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

CATEGORIES LIST

BOARD OF DIRECTORS

  • Agron Shele (Albania -Belgium)
    Hasije Selishta – Kryeziu (Kosovo)
    Peter Tase (USA)
    Prof. Dr. Jeton Kelmendi (Albania- Belgium)
    Anna Keiko (China)
    Raimonda Moisiu IWA (Albania -USA)
    Dimitris P. Kraniotis (Greece)
    Sunita Paul (India)
    Isilda Nunes (Portugal)
    Dr. Claudia Piccinno (Italy)
    Susana Roberts (Argentina)
    Pavol Janik (Slovakia)
    Leda García Pérez (Costa Rica)
    Alisa Velaj (Albania)
    Dr. Jernail Singh Anand (India)
    Eden Soriano Trinidad (Philippine)
    Shoshana Vegh (Israel)
    NilavroNill Shoovro (India)
    Gunsel Djemal (UK)
    Võ Thị Như Mai (Vietnam – Australia)
    Luz María López (Puerto Rico)
    Sinan Vaka (Albania)
    Virginia Fernández Collado (Spain)
    Rozalia Aleksandrova (Bulgaria)
    Lumo Kolleshi ( Albania)
    Irina Hysi ( Albania)
    Rami Kamberi ( North Macedonia)
    Bilall Maliqi (Presheve)
    Milica Lilic (Serbia)

CONTACT

← Back

Thank you for your response. ✨

ARCHIVE

Terms List